2019-cu ilin 10 ayında buraxılış məntəqələrdən 1 905 002 nəqliyyat vasitəsi keçib  

13:29 28.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Belarusun gömrük xidmətləri arasında məlumat mübadiləsi ilə bağlı razılıq əldə edilib. Hafta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən təlimdə Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

Onun sözlərinə görə, bu razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək. DGK rəsmisi həmçinin "bir inspektor, bir nəqliyyat vasitəsi" layihəsi ilə bağlı statistik məlumatları açıqlayıb: "Bu layihənin tətbiqindən sonra sərhəd-buraxılış məntəqələrindən keçən avto- nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əgər, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində məntəqələrdən 1 265 563 nəqliyyat vasitəsi keçmişdisə, 2019-cu ilin eyni dövründə 1 905 002 nəqliyyat vasitəsi keçib - yəni 639 439 avtomobil (50,5%) çox".